SON XƏBƏRLƏR

Etiraz Yığıncaqları barədə növbəti dəstək Bəyanatları yayılıb

2021.10.20, 07:36
Etiraz Yığıncaqları barədə növbəti dəstək Bəyanatları yayılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlıların milli məsələlər ətrafında birləşməsi, eyni mövqedən çıxış etməsi, yekdillik nümayiş etdirməsi artıq sərhəd tanımır.

 

Bir neçə gün öncə Urmu Gölünün quruması və İran rejiminin buna laqeyd qalması problemindən dolayı ortalığa çıxan Yığıncaq təşəbbüsü, hər dəqiqə keçdikcə daha çox tərəfdar qazanmaqdadır.

 

Həm Güney Azərbaycanın daxilində və həm xaricində yaşayan soydaşlarımız tərəfindən yayılan dəstək Bəyanatlarını keçmiş xəbərlərimizdə diqqətinizə çatdırmışdıq.

 

Artıq Bu siyahiyə “Azər Cəmiyyəti”, “Culfa, Ələmdar və Gərgərli Milli Hərəkat Fəalları”, “Təbriz universitetlərinin öyrənciləri”, “öz müqəddəratını təyin etmək üçün millətlərin cəbhəsi təşkilatı”, “Təbrizin 42 metr məntəqəsinin azərbaycanlı fəalları” da daxildir.

 

Adını çəkdiyimiz qurum və icmalar Bəyanat yayaraq aprel ayının 2-də (fərvərdinin 13-ü) Urmu Gölünün quruması xəbərini dünya ictimaiyyətinə çatdırmağı vacib sayıb və bu yığıncaqlara bir mənalı dəstək verdiklərini bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar