SON XƏBƏRLƏR

Sulduz əhalisi Kütləvi Yığıncağa hazırlaşır, ETTELAAT isə təhdid edir

2021.10.20, 07:36
Sulduz əhalisi Kütləvi Yığıncağa hazırlaşır, ETTELAAT isə təhdid edir

Gunaz.tv

GünAz TV: ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları Sulduzlu milli-mədəni fəalların ailəsi ilə əlaqə saxlayaraq onları təhdid ediblər.

 

Məmurlar bildirib ki, 2 apreldə (13 fərvərdin) Urmu Gölü ilə bağlı keçiriləcək Yığıncağa qatılsalar bunun bədəli olnlar üçün ağır olacaq.

 

Bu o halda baş verir ki, Sulduzun bir qrup milli-mədəni fəalı Bəyanat yayaraq, Sulduz əhalisinin Yığıncağa böyük rəğbətlə qatılmaq istədiklərini bildiriblər.

 

Bəyanatda qeyd edilib ki, Sulduz əhalisi Azərbaycanın başqa şəhərləri kimi Azərbaycanın önəmli Gölünü qurumaqdan qurtarmaq üçün yığıncağa qatılıb və ailə üzvləri ilə birlikdə Qadar Çayı ətrafında toplaşıb və dinc etirazlarını bildirəcəklər.

 

Zaman: 2 aprel (13 fərvərdin), yerli vaxtla saat 17:00

Yer: Sulduz, Qadar çayı ətrafı

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar