SON XƏBƏRLƏR

Ərdoğan prezident Əsədə tövsiyələr verib

2021.10.20, 07:36
Ərdoğan prezident Əsədə tövsiyələr verib

Gunaz.tv

GünAz TV: Baş nazir Rəcəb Tayyib Ərdoğan bu gün İraqa səfər edib. Ərdoğan İraq səfəri çərçivəsində Bağdadda və ərbildə görüşlər keçirəcək.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, İraqa yolda düşmədən öncə jurnalistlərin suallarını cavablandıran Ərdoğan Liviya (Libi) və Suriyadakı prosesləri dəyərləndirib.

Baş nazir Türkiyənin heç bir zaman Liviyaya bomba yağdıran ölkə olmadığını və olmayacağını söyləyib.

Ərdoğan NATO-nun Liviya əməliyyatı ilə bağlı sualın cavabında uzun bir təqvim hədəfləmədiklərini, prosesin qısa müddətdə bitməsini istədiklərini deyib. 

Baş nazir Suriyadakı etiraz aksiyaları (etiraz yürüşləri) və gərginliklə bağlı prezident Bəşər Əsədlə iki dəfə danışdığını və Əsədə gərginliyin artmaması üçün bəzi tövsiyələr verdiklərini açıqlayıb.

Ərdoğan İraq səfəri zamanı isə terrorla mübarizə məsələlərini müzakirə edəcəyini söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar