SON XƏBƏRLƏR

İran Ermənistanı çətin vəziyyətdən çıxarmaq üçün daha bir addım atacaq

2021.10.20, 07:36
İran Ermənistanı çətin vəziyyətdən çıxarmaq üçün daha bir addım atacaq

Gunaz.tv

GünAz TV: İran ən yaxın vaxtda Ermənistanla birgə Araz çayı üzərində su elektrik stansiyasının (niruqahının) tikintisinə start verəcək.

ANS PRESS-in İSNA-ya istinadən verdiyi xəbərə görə, ikitərəfli layihə haqda Ermənistanın energetika  naziri (vəzire niru) Armen Movsisyan açıqlama verib. Onun sözlərinə görə, məsələ ilə bağlı müvafiq proqramlar hazırlanıb.

Erməni nazir açıqlama zamanı deyib ki, İranla ölkə arasında əməkdaşlığın 80 faizi məhz energetika sahəsində həyata keçirilir. Bu istiqamətdəki əməkdaşlığın həcmi 450 milyon dollar dəyərində qiymətləndirilir. Armen Movsisyan bildirib ki, əməkdaşlıq çərçivəsində İranla Ermənistanı birləşdirəcək üçüncü elektrik ötürücü xəttin tikintisi nəzərdə tutulur.

Qeyd edək ki, Ermənitsan kütləvi informasiya vasitələrinin əvvəllər verdiyi məlumata görə, “Mehri” SES-nin (su elektrik stansiyasının) tikintisini İran tərəfi maliyyələşdirəcək. Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyanın bildirmişdi ki, İran stansiyanı (niruqahı) tikəcək, istismar edəcək və istehsal olunmuş elektrik enerjisi ilə qoyduğu sərmayənin əvəzini götürəcək: "Layihənin dəyəri 323 milyon dollardır. “Mehri” SES-nin tikilməsi üçün 5 il və istehsal olunmuş elektrik enerjisinin qoyulan sərmayəni ödəməsi üçün ən azı 15 lazmdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar