SON XƏBƏRLƏR

İşğal altındakı ərazilərimizə erməni ailələri köçürülür

2021.10.20, 07:36
İşğal altındakı ərazilərimizə erməni ailələri köçürülür

Gunaz.tv

GünAz TV: Ermənistan dövləti işğal etdiyi Azərbaycan ərazilərinə başqa ölkələrdə yaşayan erməniləri köçürməkdə davam edir.

Ötən il Laçın rayonunda 199 yeni erməni ailəsi və ya 616 nəfər məskunlaşdırılıb. 2011-ci il başlayandan bəri isə rayonun müxtəlif yaşayış məntəqələrinə 50 erməni ailəsi köçürülüb. Dağlıq Qarabağdakı separatçı (bölücü) rejimin nümayəndələrinin verdikləri məlumata görə, bu rəqəmin ilin sonunadək 300 ailəyə çatacağı gözlənilir. Bu barədə SİA erməni mətbuatına istinadən xəbər yayıb.

İşğal edilmiş rayonlara, o cümlədən Laçına köçərək məskunlaşan ailələrə güzəştli kreditlər (vamlar), inşaat materialları (məsalehe saxtimani) verilir, habelə onların köç və əmlakın daşınması ilə bağlı xərcləri ödənilir. Ermənilərin "Kaşataq" adlandırdıqları Laçın rayonu separatçılar üçün xüsusi strateji əhəmiyyət daşıdığından rəsmi İrəvan da bu rayona köçürülən və orada məskunlaşan ermənilərin sayını maksimum dərəcədə artırır və bir sıra dəstək və güzəşt proqramları həyata keçirir. Belə ki, Laçının şimalında heyvandarlığın inkişafı ilə bağlı proqram həyata keçirilir. Həmin proqram çərçivəsində 70 erməni ailəsinin hər birinə Livandakı "Arsax" fondunun hesablarından 1 milyon dram (təxminən 2700 dollar) güzəştli və faizsiz kredit verilib.

Dağlıq Qarabağdakı separatçı rejimin "baş naziri" Ara Harutyunyanın dediyinə görə, müxtəlif xarici ölkələrdəki erməni diasporunun rəhbərləri Laçın rayonuna köçən erməni ailələrinə toplam olaraq 3 milyon dollar həcmində yardım etməyə söz veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar