SON XƏBƏRLƏR

İşğalçı ölkənin prezidenti Tehranda

2021.10.20, 07:36
İşğalçı ölkənin prezidenti Tehranda

Gunaz.tv

GünAz TV: Novruz şənliyinə qatılmaq üçün dünən martın 27-də İrana səfər edən Ermənistan prezidenti Serj Sərkisyan Tehranın “Vəhdət” sarayında keçirilən mərasimdə çıxış edib.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə,  Serj Sərkisyan deyib ki, Novruz bayramı insanla təbiət arasında həmahənglik yaradır, insanlar arasındakı telləri möhkəmləndirir, onların sülh və əmin-amanlıq içində yaşamasına yardım edir: “Təbiətdə yazın gəlişi ilə bağlı keçirilən Novruz bayramı mərasimlərinin bölgə xalqlarının mədəniyyətində, o sıradan da qədim tarixi olan İranla Ermənistanın mədəniyyətlərində dərin kökü var. Bu mərasimlər iki xalqı (İran, Ermənistan) birləşdirən və onları bir-birinə bağlayan amillərdəndir.

 

Mədəniyyət sahəsindəki bu yaxınlıq və ortaqlıqlar, eləcə də ermənilərin İranda fəal və şən həyat sürməsi Ermənistan-İran əlaqələrinin çiçəklənərək inkişaf etməsində mühüm rol oynayıb. Bu gün İran İslam Respublikası (Cümhuriyyəti) ilə Ermənistan arasındakı münasibətlər elə bir mərhələyə gəlib çatıb ki, bu əlaqələr bölgə və dünyanın digər xalqlarına nümunə sayıla bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar