SON XƏBƏRLƏR

Güney Azərbaycanda Kütləvi Yığıncaqlar barədə CD-lər yayılır və Çağırış SMS-ləri göndərilir

2021.10.20, 07:36
Güney Azərbaycanda Kütləvi Yığıncaqlar barədə CD-lər yayılır və Çağırış SMS-ləri göndərilir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda Urmu Gölünü qurumaqdan qurtarmaq məqsədi ilə keçiriləcək Etiraz Yığıncaqlarına böyük hazırlıq gedir.

 

Aprel ayının 2-i (fərvərdinin 13-ü) Təbriz və Urmu şəhərlərində keçiriləcək Yığıncaqlara müxtəlif vasitələrlə Çağırışlar olur.

 

İnternetdəki sosial şəbəkərdə olan çağırışlar, yayılan Bildirişlər, yazılan məqalələr və dilə gətirilən Bəyanatlardan başqa həmdə çoxsayılı SMS-lər göndərilir və soydaşlarımız arasında CD-lər yayılır.

 

Məlumata görə, Təbrizdə Urmu Gölü və onun quruması barədə məlumat verən, keçən ilki Yığıncaqdan şəkillər yayan, keçiriləcək Yığıncaqlarla bağlı geniş bilgi verən çox sayılı CD-lər yayılıb.

 

Həmçinin Urmu, Təbriz, Mərənd, Qoşaçay, Şəbistər, Xoy, Ərdəbil və ... kimi şəhərlərdən gələn məlumata əsasən soydaşlarımız bir-birlərinə telefon vasitəsi ilə SMS göndərərək Urmu Gölü Yığıncağ ilə bağlı bir-birlərinə məlumat verib və Yığıncaqda iştirak etmək üçün çağırışlar edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar