SON XƏBƏRLƏR

Urmu Gölü ilə bağlı keçiriləcək Etiraz Yığıncaqlarına dəstək verən qurumların sırası genişlənir

2021.10.20, 07:36
Urmu Gölü ilə bağlı keçiriləcək Etiraz Yığıncaqlarına dəstək verən qurumların sırası genişlənir

Gunaz.tv

GünAz TV: Yaxın günlərdə Güney Azərbaycanlılar qurumaqda olan Urmu Gölünün Haray səsini və İran məsullarının buna biganə qalması xəbərini dünya ictimaiyyətinə çatdıracaqlar.

 

Artıq “Traxtur” futbol taxımı tərəfdarları və milli-mədəni fəallar tərəfindən irəli sürülən Etiraz Yığıncağı təklifinə müxtəlif qurumlar, media nümayəndələri, gənclərin nümayəndəsi, ictimaii xadimlər və ... tərəfindən bir mənalı dəstək gəlibdir.

 

Sofiyanın Milli Hərəkat Fəalları da İran rejiminin bu ətraf mühit faciəsinə biganə qalmasını şovinizm düşüncəsi ilə bağlı olduğunu bildirib və bu kütləvi etiraza dəstək verdiklərini bəyan ediblər.

 

Onlar aprelin 2-də (fərvərdinin 13-ü) Təbrizin Acı Çay körpüsü kənarında bu yığıncağa qatılacaqlar.

 

Urmunun 1 və 2 sənəti şəhərciklərinin Bir qrup mühəndis və işçisi, Urmu “peqah-şir”in millətçi kadrosu, Urmunun bir çox bələdiyyə əməkdaşları və Urmu qənnadilərinin işçiləri oxşar bəyanat yayıblar. Soydaşlarımız İran rejiminin çayların qarşısında çəkdiyi səddləri Gölün Qurumasında əsas amil kimi göstərib və bu Etiraz Yığıncaqlarında aktiv iştirak edəcəklərini bildiriblər.

 

Onlar aprelin 2-də (fərvərdinin 13-ü) yerli vaxtla saat 17:00-də Urmuda Ellər Bağı parkındakı Yığıncağa qatılacaqlar.

 

Urmunun sərasəri, peyame nur, elmi-karbordi və azad universitetlərinin öyrənciləridə bəyanat vasitəsi ilə bu yığıncaqları dəstəklədiklərini və Urmuda keçiriləcək Yığıncaqda fəal iştirak edəcəklərini bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar