SON XƏBƏRLƏR

Suriyada qanlı toqquşmalar davam edir

2021.10.20, 07:36
Suriyada qanlı toqquşmalar davam edir

Gunaz.tv

GünAz TV: Suriyada azadlıq tələbilə paytaxt Dəməşq və ölkənin cənubunda Deraa şəhərində etiraz nümayişləri keçirilib.

 

GünAz TV mətbuat mərkəzin "Amerikanın səsi"nə istinadən bildirir ki, Suriyadan verilən xəbərlərə əsasən, hökumət qüvvələri bu gün etiraz nümayişinə yollanan insanlara atəş açıb.

 

Şahidlərin və insan hüquqları fəallarının bildirdiyinə görə, Sanameyn kəndi yaxınlığında insident (qarşıdurma) zamanı 15 nəfər həlak olub. Azadlıq tələbilə insanlar paytaxt Dəməşq də  daxil olmaqla ölkənin bir sıra şəhərlərində etiraz nümayişləri keçirilib. Sanameyn yaxınlığında vurulan nümayişçilərin İordaniya ilə sərhəddə yaxın Deraa şəhərinə yollandığı bildirilir.

 

Keçən həftə Deraada keçirilən nümayişlər zamanı 15 adam həlak olmuşdu. Dəməşqdə cümə namazından sonra təxminən 200 adam Deraa şəhərinin sakinlərinə dəstək məqsədilə nümayiş keçirib. Röyters xəbər agentliyinin məlumatına görə, onlarla adam həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar