SON XƏBƏRLƏR

Amerikanın Libidə quru əməliyyatlara başladığı bildirilir

2021.10.20, 07:36
Amerikanın Libidə quru əməliyyatlara başladığı bildirilir

Gunaz.tv

GünAz TV: Barak Obama administrasiyası tərəfindən belə bir planın mövcudluğu təkzib edilsə də, ABŞ (Amerika Birləşmiş Ştatları) Liviyada (Libidə) quru əməliyyatlarına başlayıb.

 

Milli.Az xəbər portalının məlumatına görə, belə bir iddia ilə “Fox News” telekanalı çıxış edib. “Bizdə məlumat var ki, amerikalı hərbçilər artıq Liviya ərazisindədirlər”, - deyə telekanalın aparıcısı Bill O'Rayli reytinqli müəllif proqramının canlı yayımında bildirib.

 

ABŞ ordusunun ehtiyatda olan polkovniki (sərhəngi) Devid Hant isə bəyan edib ki, Pentaqon hansısa ölkənin ərazisində əsgərlərə malik olmadıqda, bu cür hava hücumları etmir. “Onlar uğurla işləsələr də, qiyamçılarla təmasda olmayıblar. Çünki kiminlə işləməli olduqlarını bilmirlər. Mərkəzi Kəşfiyyat İdarəsinin hərbçi və casusları artıq 12 gündür Liviya ərazisindədirlər”. Bu məlumatı ABŞ ordusunun kəşfiyyat polkovnik-leytenantı Toni Şeffer də təsdiqləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar