SON XƏBƏRLƏR

Libi hakimiyyətinə növbəti sarsıdıcı zərbə

2021.10.20, 07:36
Libi hakimiyyətinə növbəti sarsıdıcı zərbə

Gunaz.tv

GünAz TV: Diktatorun baha bir hərbi bazası (payqahı) sıradan çıxarıldı; Əcdəbiyyə şəhərini mühasirəyə alan hökumət qüvvələri bombalandı.

 

Liviyada (Libidə) Müəmmər Qəzzafi rejiminə qarşı hərbi əməliyyatlar davam edir. Ötən gecə Fransa və İngiltərə məxsus qırıcılar Əcdəbiyyə şəhəri ətrafına yerləşən Qəzzafi rejminin hərbi hədəflərinə hava zərbələri endirib.

 

Fransa Silahli Qüvvələrinin baş qərargah rəisi Eduard Juliyad Liviya diktatoruna sadiq silahlılara məxsus bir hərbi təyyarənin və topçu batereyasının məhv edildiyini bildirib. Juliyad onu da əlavə edib ki, dünən Fransaya ordusuna aid qırıcılar Qəzzafinin nəzarətində olan bir hərbi bazanı və silah deposunu (anbarını) sıradan çıxarıb. Baş qərargah rəisi Liviya hava məkanın koalisiya (etilaf) qüvvələrinin tam nəzarətində olduğunu da vurğulayıb.

 

İngiltərənin müdafiə naziri Laym Foks isə “Tornado GR4” tipli qırıcılardan Liviyadakı hərbi maşinlara raketlər atıldığını söyləyib.

 

“AP” agentliyinin məlumatına görə, mərkəzi hissəsi müxalifətin nəzarətində olan Əcdəbiyyə şəhəri bir həftədən çoxdur ki, Qəzzafiyə sadiq silahlıların mühasirəsindədir. Diktatorun əsgərləri mütəmadi olaraq şəhərə hücumlar edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar