SON XƏBƏRLƏR

Soydaşlarımız bir-birinə SMS göndərir: “Urmu Gölü Yığıncaqlarına qatılın”

2021.10.20, 07:36
Soydaşlarımız bir-birinə SMS göndərir: “Urmu Gölü Yığıncaqlarına qatılın”

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan əhalisi Urmu Gölünü qurumaqdan qurtarmaq məqsədi ilə həyata keçiriləcək etiraz Yığıncaqlarını böyük rəğbətlə qarşılayır.

 

Aprel ayının 2-də (fərvərdinin 13-də) keçiriləcək Etiraz Yığıncaqlarına xalqımızın müxtəlif təbəqələri dəstək verir.

 

Son məlumata görə, soydaşlarımız Yığıncaqlara dəstək vermək məqsədi ilə bir-birlərinə mobil telefonu vasitəsi ilə SMS göndərir və hər kəsi bu Yığıncaqlarda iştirak etməyi dəvət edirlər.

 

Türk dilində yazılan SMS-lərdə Urmu Gölü barədə qısa şeirlər və Yığıncaqlara dəvət mesajı yazılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar