SON XƏBƏRLƏR

Beynəlxalq qüvvələr Libidəkı oxşar addımını Ermənistana qarşı da atması zəruridir

2021.10.20, 07:36
Beynəlxalq qüvvələr Libidəkı oxşar addımını Ermənistana qarşı da atması zəruridir

Gunaz.tv

GünAz TV: Ziyafət Əsgərov BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) Dağlıq Qarabağla bağlı qətnamələrinin yerinə yetirilməməsinə diqqət çəkib.

“Lazım gələndə, Qərb dövlətləri BMT-nin mandatını (hökmünü) alıb NATO ilə birlikdə Liviyada (Libidə) hərbi əməliyyatlar aparırlar. Lazım bildikləri zaman çox sürətlə mandat əldə edir, çevik hərəkətə başlayırlar. Bu da təəssüf doğurur”. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov İctimai Televiziyaya müsahibəsində belə deyib. O, analoji (oxşar) addımın Azərbaycanın 20% torpağını işğal edən Ermənistana qarşı atılmasını da zəruri hesab edir. Ziyafət Əsgərov BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsinin bu günədək yerinə yetirilməməsinə diqqət çəkib. “Bu, necə ola bilər? Təəssüf ki, belə ədalətsizliklər, hadisələrə yanaşmada ikili standartlar mövcuddur”-deyə Milli Məclis sədrinin birinci mavini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar