SON XƏBƏRLƏR

Libidəki əməliyyatlara NATO rəhbərlik edəcək

2021.10.20, 07:36
Libidəki əməliyyatlara NATO rəhbərlik edəcək

Gunaz.tv

GünAz TV: NATO Liviyadakı (Libidəki) hərbi əməliyyatların komandanlığını öz üzərinə götürüb. Bu barədə NATO Baş katibi Anders Foq Rasmussen bəyan edib.

 

Liviyanın hava məkanındakı hərbi əməliyyatlara ABŞ (Amerika Birləşmiş Ştatları) başçılıq edirdi, lakin bir neçə gün sonra Vaşinqton əməliyyatlara komandanlığın Britaniya, Fransa və ya NATO-ya verilməsi arzusunda olduğunu bildirmişdir. Bu barədə APA-nın bbc.com saytına istinadən xəbər yayıb.

 

Qəzzafi rejiminə qarşı keçirilən hərbi əməliyyatlarda 350-dən çox təyyarə iştirak edir. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın qərargah rəislərinin birləşmiş komitəsinin rəhbəri, vitse-admiral Uilyam Qortni (William Gortney) deyib. O bildirib ki, təyyarələrin yarısından çoxu Amerika təyyarələridir.

 

U. Qortni Liviya ordusunu müqavimətə son qoyaraq Qəzzafinin əmrlərinə tabe olmamağa çağırılıb.

 

Xatırladaq ki, Liviyaya qarşı hərbi əməliyyat martın (March) 19-da başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar