SON XƏBƏRLƏR

Bəşar Əsəd söz verdi

2021.10.20, 07:36
Bəşar Əsəd söz verdi

Gunaz.tv

GünAz TV: Suriyada günlərdir davam edən aksiyalar (yürüşlər) nəticəsində Bəşar Əsəd hökuməti geri addım atamağa məcbur oldu.

 

Əsəd iqtidarı ölkədə 48 ildir davam edən fövqəladə vəziyyət rejimini ləğv etməyi, mətbuat və siyasi partiyalar qanununun dəyişəcəyini açıqlayıb.

 

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Suriya prezidentinin müşaviri mətbuata açıqlamasında yeni qanunun Bəəs Partiyası xaricində başqa partiyaların da fəaliyyətinə imkan verəcəyini söyləyib.

 

Açıqlamada korrupsiya (fəsade mali) ilə mübarizə üçün yeni müxanizm yaradılacağı və dövlət qulluqçularının maaşlarının yaxşılaşdırılacağı qeyd edilib.

 

Ancaq müxalifət verilən açıqlamaları yetərli saymayıb. Müxalifət liderləri açıqlamanın siyasi məhbusların azadlığa buraxılması və fövqəladə vəziyyətin qeyd-şərtsiz ləğvinə təminat vermədiyini bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar