SON XƏBƏRLƏR

ETTELAAT Təbriz zindanındakı azərbaycanlı fəalların məzuniyyətini ləğv edib

2021.10.20, 07:36
ETTELAAT Təbriz zindanındakı azərbaycanlı fəalların məzuniyyətini ləğv edib

Gunaz.tv

GünAz TV: ETTELAAT (İranın Kəşfiyyat Nazirliyi) Novruz Bayramı ərəfəsində Təbriz zindanındakı azərbaycanlı siyasi məhbusların məzuniyyətini əngəlləyib.

 

GünAz TV mətbuat mərkəzinin “Təbriz Səsi”nə istinadən yaydığı məlumata görə, azərbaycanlı məhbusların məzuniyyəti ilə bağlı səlahiyyətli məsullar razılıq versələrdə ETTELAAT buna icazə verməyib. Bu sözləri məhbusların ailəsi bildirib.

 

Onların sözlərinə görə¸ Novruz Bayramı münasibəti ilə razılaşdırılan məzuniyyət ETTELAAT tərəfindən təmami ilə ləğv edilib.

 

Qeyd edək ki, Hüseyn Nəsiri və Rəsul Bədəli məzuniyyətə buraxmayan fəallardan sayılırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar