SON XƏBƏRLƏR

Suriyadakı etiraz yürüşlərində 15 nəfər həlak olub

2021.10.20, 07:36
Suriyadakı etiraz yürüşlərində 15 nəfər həlak olub

Gunaz.tv

GünAz TV: Suriyanın Dəraa şəhərində aralarında 11 yaşlı qız uşağı da olmaqla 15 nəfər öldürülüb.

Məlumatı yerli hüquq müdafiəçiləri yayıb. Məlumata görə, öldürülən şəxslər bir gün əvvəl polis tərəfindən qətlə yetirilmiş 5 etirazçıdan ikisinin dəfn mərasimində iştirak edirlərmiş. Sonuncu həftə ərzində ölkənin cənubunda yerləşən Dəraa hökumət əleyhinə aksiyada (yürüşdə) iştirak edənlərlə asayiş keşikçiləri arasında qanlı toqquşmaların arenasına çevrilib. Bu barədə “Radio antenn”  xəbər yayıb.

 

Qeyd edək ki, martın (march)15-dən etibarən onlarla etirazçı Dəməşq və ölkənin digər şəhərlərində “prezident Əsədin devrilməsi” şüarı altında küçələrə çıxır. Ölkə üzrə aksiyalarda ölən, yaralanan və həbs olunanların dəqiq sayı hələlik məlum deyil.

 

Ölkə başçısı Bəşər Əsəd isə cənub əyalətinin qubernatorunu (ostandarı) vəzifəsindən azad edib. Bununla da o, etirazçıların tələblərindən birini yerini yetirmiş olub. Hökumət həmçinin bəyan edib ki, Dəraada silahlı və radikal bandaları silahlanır. Ötən axşam etirazçıların nümayiş mərkəzinə çevrilmiş şəhərin əl-Öməri məscidi yaxınlığında atışma səsləri eşidilib. Dövlət televiziyası məsciddən odlu silahların, qumbaraların, ehtiyat sursatların, eləcə də külli miqdarda pulun aşkar edilməsi barədə kadr yayımlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar