SON XƏBƏRLƏR

Etiraz Yığıncağı Azərbaycanın başqa şəhərlərində də ehtimal edilir

2021.10.20, 07:36
Etiraz Yığıncağı Azərbaycanın başqa şəhərlərində də ehtimal edilir

Gunaz.tv

GünAz TV: Urmu Gölü ilə bağlı keçiriləcək Yığıncaq Güney Azərbaycanın başqa şəhərlərində də təkrar oluna bilər.

 

Urmu Gölünün quruması və İran məsullarının buna biganə qalması xəbərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə 2011-ci il aprel ayının 2-də (1390-cı il fərvərdin ayının 13-də) Təbriz və Urmu şəhərlərində nəzərdə tutulan kütləvi Etiraz Yığıncaqları Güney Azərbaycanın başqa şəhərlərinidə əhatə edə bilər.

 

GünAz TV mətbuat mərkəzinin “ http://urmugolu90.blogfa.com/”-a istinadən yaydığı xəbərə görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində milli-mədəni yöndə fəaliyyət göstərən azərbaycanlı fəallar bu zəmində düşünməkdədirlər. O üzdən yaxın günlərdə Azərbaycanın müxtəlif şəhərlərində oxşar Yığıncaqlar mümkündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar