SON XƏBƏRLƏR

Urmulu soydaşlarımız Ellər Bağı Yığıncağını dəstəkləyir

2021.10.20, 07:36
Urmulu soydaşlarımız Ellər Bağı Yığıncağını dəstəkləyir

Gunaz.tv

GünAz TV: “Traxtur” futbol taxımı və Urmu voleybolunun bir qrup Urmulu tərəfdarı Ellər Bağı parkında keçiriləcək mərasim barədə dəstək bəyanatı yayıblar.

 

Onlar vurğulayıblar ki, “Biz idman stadyomlarında (stadion) dəfələrcə Urmu Gölünün tədrici ölümünün xəbərini “Gəlin gedək ağlayaq – Urmu gölün dolduraq” kimi şüarlarla çatdırmağa çalışmışıq. Təssüf ki, İran məsulları bu səsləri eşitmir və Urmu Gölünü bir çölə çevirməkdədir

.

Biz növbəti dəfə “Səddləri sındırın – Urmu Gölün doldurun” şüarı ilə Urmunun Ellər Bağı parkında keçiriləcək Yığıncağa qoşulub və Urmu Gölünün quruması faciəsini dünya ictimaiyyətinin diqqətinə çatdıracayıq.”

 

Xatırladaq ki, Yığıncaq 2011-ci il aprel ayının 2-də (1390-cı il fərvərdin ayının 13-ü) Urmunun Ellər Bağı parkında yerli vaxtla saat 17:00-də baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar