SON XƏBƏRLƏR

Yəməndə vətəndaş müharibəsi ola bilər

2021.10.20, 07:36
Yəməndə vətəndaş müharibəsi ola bilər

Gunaz.tv

GünAz TV: Prezidentin tərəfdarları ilə əleyhdarlar paytaxt Sənaya kifayət qədər hərbi texnika çıxarıb.

 

Yəmən prezidenti Əli Abdullah Saleh səlahiyyətlərini müxalifətin tərəfinə keçmiş hərbi komandanlığa təhvil verməyəcəyini deyəndən sonra, həm hökumət tərəfdarları, həm də hökumət əleyhdarları paytaxt Sənanın küçələrinə axışıb. Ordunun 1-ci Silahlı Bölüyün komandiri, general mayor Əli Möhsen Əl-Əhmər tank və zirehli maşınları ölkənin Müdafiə Nazirliyinin, dövlət televiziyasının binasının, Səna Mərkəzi Bankının qarşısına və eləcə də mərkəzi Səna meydanına çıxarıb.

 

Bunun əvəzində isə Salehin oğlu rəhbərlik etdiyi Respublika (Cümhuriyyət) Qvardiyasını (qoşununu) prezident sarayının qarşısına çıxarıb. Hər iki tərəfin belə gediş etmələri tərəflər arasında qarşıdurma təhlükəsi yaradır.

Yəmən Silahlı Qüvvələri Ali Şurasının iclasında çıxış edən ölkə başçısı Əli Abdullah Saleh deyib ki, hərbi qurumlar arasında istənilən fikir ayrılıqları, ümumilikdə millətə mənfi təsir edəcək. Onun sözlərinə görə, hərbi çevriliş yolu ilə hakimiyyətə gəlmək istəyənlər isə bilməlidirlər ki, bu qeyri-mümkündür.

"Vətənimizdə əmin-amanlıq olmayacaq, vətəndaş müharibəsi, qanlı müharibə olacaq” deyə hərbi çevriliş cəhdinin ölkədə vətəndaş müharibəsinə gətirib çıxara biləcəyindən narahatlığını ifadə edib.

Qeyd edək ki, 32 ildir ölkəyə rəhbərlik edən 66 yaşlı Salehin bu çıxışı ilə bağlı müxalifət hələ ki, öz mövqeyini bildirməyib. Ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar