SON XƏBƏRLƏR

Cəbhə xəttində bir əsgərimiz şəhid olub

2021.10.20, 07:36
Cəbhə xəttində bir əsgərimiz şəhid olub

Gunaz.tv

GünAz TV: Ermənistanın silahlı qüvvələrinin Qarabağda atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun hərbçisi şəhid olub.

 

Hadisə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndininin ətrafında, qoşunların təmas xəttində baş verib. Erməni hərbçilərinin açdığı atəş nəticəsində ordumuzun hərbçisi Ağayev Samir Hidayət oğlu şəhid olub.

 

Bu barədə musavat.com-a açıqlamanı həlak olan hərbçinin əmisi Vilayət Ağayev verib. Onun sözlərinə görə, Samir müddətdən artıq hərbi xidmət keçən hərbçi idi. Mərhumun 25 yaşı vardı və Tovuz rayon Hərbi Komissarlığından xidmətə çağırılmışdı.

 

Bu gün S.Ağayev ata yurdunda - Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində dəfn edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar