SON XƏBƏRLƏR

Ermənilər Parisdə keçirilən Kitab Sərgisində türklərə qarşı hücuma keçiblər

2021.10.20, 07:36
Ermənilər Parisdə keçirilən Kitab Sərgisində türklərə qarşı hücuma keçiblər

Gunaz.tv

GünAz TV: Hər il ənənəvi olaraq keçirilən Paris Kitab Sərgisində insident (hadisə, qarşıdurma) baş verib. İnsident bir qrup erməni gənc tərəfindən törədilib.

Bu barədə APA Türkiyə mətbuatına istinadən xəbər yayıb.

 

Erməniləri qəzəbləndirən Türkiyənin stendində nümayiş etdirilən “Türklərin 2000 illik tarixi” adlı kitab olub. Sərginin təşkilatçıları tərəfindən pulsuz paylanan bu kitabda “erməni soyqırımı” iddiaları ilə əlaqədar tarixi faktlar yer alıb.

 

Türkiyənin stendinə qışqıra-qışqıra basqın edən erməni gənclər burada nümayiş etdirilən kitabların üzərinə “İnkara yox!” etiketləri yapışdırıblar. “Nor Seround” adlı təşkilatın üzvü olduğu bildirilən gənclər “Erməni soyqırımını inkara yox!” şüarını səsləndirməklə sərgi salonunu tərk ediblər.

 

Türkiyənin Parisdəki səfiri Tahsin Burcuoğlu Fransa hökumətindən insidentlə bağlı yazılı açıqlama tələb edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar