SON XƏBƏRLƏR

İran təyyarəsinin yükü silah olub

2021.10.20, 07:36
İran təyyarəsinin yükü silah olub

Gunaz.tv

GünAz TV: Türkiyə mətbuatı rəsmiləri bildirir ki, Suriyaya uçan İranın yükdaşıyan təyyarəsinin yoxlanışı zamanı silah və hərbi sursat aşkar edilib.

 

“Milliyyət” qəzetinin verdiyi məlumata görə, yükdaşıyan təyyarədə raket qurğuları, tüfənglər, partlayıcı maddələr, hərbi sursat və ... tapılıb.

 

Bu, BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) İrandan silah ixracına qoyduğu qadağanın pozulmasıdır. Türk rəsmiləri təyyarəni silah daşıya bilməsindən şübhələnərək, bazar günü onun enməsini tələb ediblər. Türk rəsmiləri yüklə bağlı mətbuat üçün şərh verməyib.

 

İran hələlik məsələ ilə bağlı mövqe bildirməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar