SON XƏBƏRLƏR

Qəddafi dirənir

2021.10.20, 07:36
Qəddafi dirənir

Gunaz.tv

GünAz TV: Liviya (Libi) lideri son nəticədə düşmənləri üzərində qələbə çalacaqlarını bildirib. ABŞ (Amerika Birləşmiş Ştatları) isə Liviya  liderinin ölkədən qaçmağa hazırlaşdığını iddia edir.

 

Bu gecə Liviya prezidenti Müəmmər Qəddafi televiziya ilə xalqa müraciət edib. Müəmmər Qəddafi tərəfdarlarını sona qədər qiyamçılarla və beynəlxalq qüvvələrlə döyüşməyə çağırıb. Bu barədə Lent.az “Reuters” agentliyinə istinadən xəbər yayıb.

 

Liviya lideri son nəticədə düşmənləri üzərində qələbə çalacaqlarını da bildirib.

 

ABŞ dövlət katibi Hillari Klinton da açıqlama verib. O hesab edir ki, Müəmmər Qəddafi ölkədən qaçmağa hazırlaşır.

 

Bu gecə Liviyanın paytaxtı Tripoli (Trablos) isə ən azı 160 qanadlı raket zərbəsinə məruz qalıb. “Əl-Cəzirə” telekanalı isə Benqazidən 32 kilometr şərqdə yerləşən Derna şəhərində təhlükəsizlik qüvvələrinin qiyamçılar tərəfinə keçdiyi barədə məlumat yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar