SON XƏBƏRLƏR

Urmu əhalisindən Urmu Gölünün quruması ilə bağlı Kütləvi Yınğıncaq ÇAĞIRIŞı...

2021.10.20, 07:36
Urmu əhalisindən Urmu Gölünün quruması ilə bağlı Kütləvi Yınğıncaq ÇAĞIRIŞı...

Gunaz.tv

GünAz TV: Bir qrup Urmulu Milli Hərəkat Fəalı Urmu Gölünün quruması təhlükəsi ilə bağlı şəhər əhalisinin Çağırış səsini Bildiriş vasitəsi ilə elan ediblər.

 

Bildirişdə İran rejiminin Urmu Gölünün quruması ilə bağlı verdiyi sözlərin təmami ilə aldadıcı və formal olduğu bildirilir və vurğulanır ki, bu qədər vaxt itirmək İran fars rejiminin antiazərbaycan siyasətinin tərkib hissəsidir.

 

Bəyanatda keçən il Urmu Gölü ətrafında keçirilən Yığıncağın əhəmiyyətinə də toxunulur. Soydaşlarımızın fikrincə keçən il keçirilən Yığıncaq Urmu Gölünün quruması və İran məsullarının buna göz yumması xəbəri müəyyən qədər dünya ictimaiyyətinə çatmış oldu.

 

Məhz bunu nəzərə alaraq Urmu əhalisi oxşar Yığıncağın keçirilməsinə qərar verib və bu Yığıncaq aşağıda qeyd olunan adresdə həyata keçiriləcək.

 

Bu yığıncaqda keçmiş yığıncaq kimi dinc etiraz üsulundan istifadə olunacaq. Soydaşlarımız qırmızı rəng simvolunu da nümayiş etdirəcəklər.

 

Məkan: Urmunun Eller Bağı Parkı – Su hovuzunun ətrafı

Zaman: 2011-ci il aprel ayının 2-i (1390-cı il fərvərdin ayının 13-ü) – Yerli vaxtla saat 17:00

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar