SON XƏBƏRLƏR

Novruz Bayramı münasibəti ilə Mətinpurun ailəsi təbrik edilib

2021.10.20, 07:36
Novruz Bayramı münasibəti ilə Mətinpurun ailəsi təbrik edilib

Gunaz.tv

GünAz TV: Soydaşlarımız hazırda Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı jurnalist və insan haqları fəalı Səid Mətinpurun ailəsini Novruz Bayramı münasibəti ilə təbrik ediblər.

 

 Bir qrup siyasi, ictimai, mədəni və media fəalı cənab Mətinpurun ailəsi ilə geniş söhbət apararaq məhbusun barəsində son məlumatı da əldə ediblər.

 

Cənab Mətinpurun atası, oğlunun zindandakı saxlanıldığı ağır şərait və səhhətindəki problemlərdən danışıb. O vurğulayıb ki, bütün çətin şəraitə baxmayaraq Səidin ruhiyyəsi yüksək səviyyədədir.

 

Qeyd edək ki, S. Mətinpur 2007-ci ildə tutularaq 9 ay təcridxanada saxlanılıb. Girov müqabilində məhkəməyə qədər sərbəst buraxılıb. 2009-cu ildə keçirilən məhkəmə prosesində isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda o, Tehrandakı “Evin” həbsxanasında saxlanılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar