SON XƏBƏRLƏR

Urmu Gölü ilə bağlı “Traxtur” taxımı tərəfdarlarından ÇAĞIRIŞ

2021.10.20, 07:36
Urmu Gölü ilə bağlı “Traxtur” taxımı tərəfdarlarından ÇAĞIRIŞ

Gunaz.tv

GünAz TV: Fars şovinizminin antitürk siyasəti bütün sahələrdə özünü göstərməkdədir. Urmu Gölünün quruması probleminə biganəlik göstərən İran rejiminin siyasətini məhz bu amillə izah etmək olar.

 

Urmu Gölü quruduqca yerində qalan duz, külək vasitəsi ilə Azərbaycan ərazilərini getdikcə bürüyür. Buda əkin ərazilərinin məhvi ilə nəticələnə bilər.

 

Urmu Gölünün quruma faciəsini məsulların və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün “Traxtur” futbol taxımının tərəfdarları bir afişa (puster) düzənləyərək kütləvi yığıncaq üçün Çağırışda bulunublar.

 

Yığıncağın zaman və məkanı:

Zaman: 2011-ci il aprel ayının 2-i (1390-cı il, fərvərdin ayının 13-ü) Təbriz vaxtı ilə saat 15:30-da

Məkan: Təbriz – Acı çay körpüsünün yanı – Azərbaycan meydanı

 

Xatırladaq ki, oxşar yığıncaq keçən ilin məhz bu günündə Urmu Gölü sahilində düzənlənmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar