SON XƏBƏRLƏR

Türkiyə İranın daha bir təyyarəsini zorla yerə endirdi

2021.10.20, 07:36
Türkiyə İranın daha bir təyyarəsini zorla yerə endirdi

Gunaz.tv

GünAz TV: Türkiyə hökumət orqanları Diyarbəkir hava limanında İrandan Suriyaya uçan nəqliyyat təyyarəsini yerə enməyə məcbur ediblər. 

 

Təhlükəsizlik orqanları təyyarənin bortunda qadağan olunmuş malların, o cümlədən silah olub-olmadığını yoxlayacaqlar. Bu barədə Lent.az “AFP”-yə istinadən xəbər yayıb.

 

Qeyd edək ki, bir neçə gün öncə də analoji (oxşar) hadisə baş vermişdi . Martın 16-da İrandan Suriyaya uçan başqa bir nəqliyyat təyyarəsi yerə endirilmişdi. Həmin olay zamanı təyyarədə heç bir qadağan olunmuş yük tapılmamışdı.

 

ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrail xüsusi xidmət orqanları İranın Suriyanın tikmək istədiyi nüvə reaktoruna zəruri komponentlər göndərməsindən şübhələnir. Hələ 2007-ci ildə İsrail aviasiyası Suriyada guya həmin reaktorun tikilməli olduğu yeri bombalamışdı. Həmin vaxt MAQATE (enerjiye atomi ajansı) ekspertləri (karşünasları) bombalanan yerdə uran izi tapsalar da, Suriya hökuməti bütün ittihamları rədd edir.

 

Bu günlərdə MAQATE rəhbəri Yukiya Amano bəyan etdi ki, Suriya faktiki olaraq, bu təşkilatla 2008-ci ilin iyunundan əməkdaşlığı dayandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar