SON XƏBƏRLƏR

Qəddafinin iqamətgahı yerlə-yeksan edilib

2021.10.20, 07:36
Qəddafinin iqamətgahı yerlə-yeksan edilib

Gunaz.tv

GünAz TV: 3 mərtəbəli bina dağıdılıb, rəhbərin harada olduğu bilinmir. Ancaq həmin ətrafda onun 300 nəfərədək tərəfdarının olduğu deyilir.

 

Liviya (Libi) lideri Müəmmər Qəddafinin paytaxt Tripolidə (Trablos), Bab ül-Əziziyyədəki qərargahında, çadırının yaxınlığında yerləşən bir bina koalisiya (etilafi) qüvvələrinin hava zərbələri ilə vurulub. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Qərb dövlətlərinin Liviyada həyata keçirdikləri hava hücumu zamanı Qəddafiyə aid 3 mərtəbəli bir bina raketlə vurulub.

 

Vurulan binanın, Qəddafini çadırında ziyarət edən xüsusi qonaqlar üçün istifadə olunduğu bildirilir. Əməliyyat zamanı Qəddafinin harda olduğunun bilinmədiyi, ancaq həmin ətrafda onun 300 nəfərədək tərəfdarının olduğu deyilir.

Qəddafi rejiminin sözçüsü Musa İbrahim deyib ki, bina həqiqətən də rəhbəri ziyarət edən özəl qonaqlar üçün istifadə olunurmuş və bina tamamən məhv olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar