SON XƏBƏRLƏR

Misirlilər Anayasanı dəyişdilər

2021.10.20, 07:36
Misirlilər Anayasanı dəyişdilər

Gunaz.tv

GünAz TV: Bundan sonra prezident 4 illiyə, 2 müddətə seçiləcək.

 

Milli.Az xəbər portalı "Əl Misri əl Yəum"a istinadən bildirir ki, Misirdə keçirilmiş referendum zamanı vətəndaşların əksəriyyəti ölkə Konstitusiyasına (Anayasasına) dəyişikliklərin lehinə səs verib.

Daha konkret (açıq) olsaq, dəyişikliklərin lehinə seçicilərin 74, əleyhinə isə 21 faizi səs verib.

Dəyişikliklərin qəbul olunması artıq bu ilin iyununda parlament, sentyabrda isə prezident seçkilərinin keçirilməsinə imkan verir.

 

Seçicilərə Konstitusiyanın 9 maddəsinə dəyişiklikləri qəbul və ya rədd etmək təklfi olunmuşdu.

Qəbul edilmiş dəyişikliklər prezidentin səlahiyyət müddətini 6 ildən 4 ilədək azaldır. Bundan başqa, prezident yalnız 2 səlahiyyət müddətinə seçilə bilər. Eyni zamanda, terror təhlükəsinin qarşısını almaq üçün prezidentə xüsusi səlahiyyətlər verən 179-cu maddə ləğv olunub.

 

Misirdə son 30 ildə qüvvədə olan fövqəladə vəziyyətin tətbiqi proseduru (silsele mərateb)da dəyişir. Dəyişikliklərə görə, fövqəladə vəziyyətin tətbiqini bundan sonra parlament təsdiqləməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar