SON XƏBƏRLƏR

Yəmən prezidenti hökuməti istefaya göndərib

2021.10.20, 07:36
Yəmən prezidenti hökuməti istefaya göndərib

Gunaz.tv

GünAz TV: Yəmən prezidenti Əli Abdulla Saleh bazar günü hökuməti istefaya göndərib.  

 

APA-nın məlumatına görə, bununla belə, köhnə hökumət yeni nazirlərin təyinatına qədər fəaliyyətini davam etdirəcək. Yeni təyinatın nə vaxt olacağı isə hələlik məlum deyil.

 

Qeyd edək ki, bir qədər əvvəl iki nazir, Yəmənin BMT (Birləşmiş Millətlər Təşkilatı) yanında daimi nümayəndəsi və 23 deputat (millət vəkili) Salehin hakim partiyası ilə münasibətləri kəsərək istefa verib.

 

Ölkədə siyasi böhran Saleh tərəfdarlarının martın 18-də paytaxt Sanada 52 müxalifətçini güllələməsindən sonra daha da dərinləşib. Öldürülənlərin dəfn mərasimi bazar günü keçirilib. Dəfn mərasimi etiraz aksiyaları ilə müşayiət olunub.

 

Həmin hadisədən sonra ölkədə fövqəladə vəziyyət elan olunub.

 

1978-ci ildən prezident olan Saleh 2013-cü ilə qədər hakimiyyəti əldən vermək niyyətində deyil.

 

Yəmən müxalifətinin etiraz aksiyaları 2011-ci ilin yanvarından başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar