SON XƏBƏRLƏR

Qəddafinin oğlunun öldüyü bildirilir

2021.10.20, 07:36
Qəddafinin oğlunun öldüyü bildirilir

Gunaz.tv

GünAz TV: Liviya (Libi) rəhbəri Müammar Qəddafinin oğullarından biri olan Xamis ölüb. Bu məlumatı Almaniyada türk dilində fəaliyyət göstərən “Deutsch-tuerkische Nachrichten” internet portalı yayıb.

Məlumata görə, Xamis aldığı ağır yaralardan ötən şənbə günü xəstəxanada keçinib.

 

Daha əvvəl isə Almaniya mətbuatı ərəb kütləvi informasiya vasitələrinə istinadən məlumat yayıb ki, Liviya hərbi qüvvələrinin pilotu (xələbanı) bir neçə gün əvvəl bilərəkdən təyyarəni istehkama çırpıb. Bu təyyarədə isə Qəddafi özü və onun ailəsi olub. Belə ki, bu istehkam Bab-əl-Əziziyə bazasının ərzaisində yerləşib və 1986-cı ildə ABŞ (Amerika Birləşmiş Ştatları) ordusu tərəfindən dəfələrlə bombalanmaya məruz qalıb.

 

Qeyd edək ki, Qəddafinin 32 yaşlı oğlunun ölümünün səbəbi yanıqların çox olması olub. Liviya televiziyası isə bu faktları nə təkzib, nə də təsdiq etmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar