Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
GünAz TV: Arada iki yüz illik ayrılıq olsa da, Arazın o tayında da, bu tayında da Novruz Bayramı eyni tərzdə qeyd edilməkdədir.
Eyni ağız, eyni yaddaş, eyni düşüncə. Ulu babamız Məlik şah Səlcuqdan əvvəl də belə olub, onun 12-ci yüzildə verdiyi Bayram fərmanından sonra da belədir. Güney ellərində də bayram şənlikləri ilin-ayın Axır Çərşənbəsindən sonradır.
Yeni Gün bayramı, Ərgənəkon dastanına görə, türklərin Ərgənəkondan çıxışı və çilələrinin bitməsi ilə yeni bir dönəmin başlanmasını bildirir. Tarixçilər Yeni Gün bayramının 5-6 min il tarixi olmasını söyləyirlər. Əski Çin qaynaqlarına görə, Miladdan öncə hunlar martın 21-də Bahar şənlikləri keçirərmişlər.
Türklər 400 il Ərgənəkonda yaşayıblar. Sayları artdığından bu yurd onlara dar gəlir. Qarşı tərəf düşmən elləri, arxa tərəf keçilməz uca dağlar... Həmin günlərdə bir Bozqurdun - Börteçenin yaxınlıqda dolaşdığını görür və onu izləyirlər. Sonunda onun dəmir dağdakı bir dəlikdən dışarı çıxdığını görürlər. Həmin dağda dəmiri əridərək, bir yüklü dəvənin keçəcəyi böyüklükdə qapı kimi yer açır, geniş dünyaya oradan çıxırlar. O mövsüm yaza, Gün isə martın 21-nə düşür. Bu səbəbdən də hun və əski saqlar çağında hər il Ərgənəkondan çıxışı saxlayan dəmirçi kürsüsünün üzərində bir dəmir parçasını çəkiclə döymə törəni qururlarmış. At, dəvə, qoçlar kəsib ziyafət verər və şölən düzənlərmişlər.
Əbu Reyhan Biruni Novruzun türklərdə ilbaşı olduğunu, onun Ön və Orta Asiya gələnəklərində qutlanmasını söyləyir. Mahmud Qaşqarlı da Yeni Günün türklərdə ilbaşı olduğundan söz açır.
Bu bayrama sonralar başqa-başqa mahiyyətlər verilib. Farslar onu tərcümə edib adını "Novruz" qoydular. Türklərdə isə Bayram deyəndə həmin ilbaşı gün - yeni gün anlaşılırdı. Zaman keçdikcə "Bayram" və "Novruz" deyimləri birləşdirildi. Bu Bayramı bizim Sibirdəki soydaşlarımız da eyni məzmunda qeyd edirlər. Bu bayram Türkün təbiətlə ünsiyyət və özgürlük bayramıdır.
Güney Azərbaycan ellərində Yeni Günə hazırlıq təmizlikdən başlanır. Ev-eşik, həyət-baca təmizlənir, səliqə-sahman yaradılır. xalı-xalçalar, pal-paltarlar suya çəkilir. Sanki ötən ilin çirkindən xilas olur, yeni ilə təmizlik, saflıqla ayaq basırlar.
Bir "naxışvurma" gələnəyi də var. Qışda evin divarları hisləndiyindən onun ağardılması üçün ağ torpaq və qırmızı su ilə qarışdırılıb evi boyayarlar. Mərhum ustad şairimiz Şəhriyar "Heydər babaya salam"da bunu belə təsvir edib:
"Bayram olub, qızıl palçıq əzərlər,
Naxış vurub odaları bəzərlər.
Taxçalara düzmələri düzərlər"...
Qoşaçayın Çilik köyündə barmaqları şirəyə və una batırıb, divarda quş şəkli çəkərlər. Azərbaycanın çox yerlərində qadınlar təmizliyi biri-birinə yardımla edirlər.
Bəzi kəndlərdə bayrama 40 və ya 15 gün qalanda Sayaçılar kəndlərə gələrək şeir oxuyub, xalqı əyləndirər. Onlar iki və ya yeddi nəfərlə əllərində keçi müqəvvası tutaraq, mahnı oxuyarlar. Xalq onlara pul, düyü, yumurta və başqa Novruz yer-yemişi verər.
İlaxır Çərşənbədə Günəş batan kimi uşaqlar küçələrdə tonqal qalayar, odun üstündən tullanarlar. Buna "baharlu" deyilir. Balıq ayının ilk çərşənbəsinə "Çilə qaçdı", ikincisinə "Çəkər", üçüncüsünə "Su çərşənbə", sonuncusuna isə "Axır çərşənbə" deyirlər.
Təbrizin Dəvəçi, Qonqabaşı, Şamqazan, Yekədükanlar, Abrəsan, Qarabağlılar, Sento, Bahar, Pastur, Dördyol-Şahnaz, Tərbiyət, Qurd meydanı (indi "Qütb" adlanır), Acı körpü, Abbasi, Kuye-vəliəsr, Terminal, Barnava, Bazarağzı, Saatqabağı, Xiyabani, Şəmsül-imarə, Vadiye-rəhmət, Ərk məhəllərində də Bakının, Gəncənin, Şəkinin, Ordubadın, Borçalının, Lənkəranın, Dərbəndin küçələrində olduğu kimi tonqallar qalanacaq, insanlarımız "ağırlığım-uğurluğum burada qalsın" - söyləyəcəklər. Vətənimizin başqa bölgələrindən kimi Güney ellərində də eyni bayram yeməkləri, eyni şirniyyatlar bişirilir.
Bununla belə, Təbrizin bayram özəllikləri var. Məsələn, o tayda plovun çeşidli növləri - fisincan plov, zəriş plov, mürəssə plov, şirniyyatı ilə ad çıxarmış "Şəbüstər şirniləri", şorbalar, Təbriz küftəsi, rizə küftə, qarnıyarıq (badımcan dolması), Qoşaçay kababı, yarma aşı, işgənə, şolən və başqa ləzzətli yeməklər soydaşlarımızın halal süfrəsinə bəzək, ağızlarına dad verir. Şirniyyatlardan isə - paxlava, bamiyə, zulbiya, tərə (halva növü), halvanın çeşidli növləri, qayğanaq (paxlavaya oxşayır), filqulağı (quşfil), qulabiyə, badambura, lətifə, kişmişli, dil ("zəban") məşhurdur.
Bundan başqa, Təbrizdə badımcandan tutmuş qarpızadək, eləcə də gilanardan qozadək bütün meyvələrdən mürəbbə və şərbət hazırlanır, bu nemətlər də Güney Azərbaycan türklərinin bayram süfrəsinin bəzəklərindəndir.
Qızlar anaları ilə birlikdə Çərşənbə bazarlığına gedərlər. Öncə duz (bərəkət), ayna (xoşbəxtlik), suqabı (aydınlıq) və kibrit (işıqlıq) alarlar.
Od üzərindən atlanma, şalsallama, qapıpusma, niyyəttutma (kilidsalma) da var. Məsələn, kilidsalma - axşamçağı gənclər Yeni ildə diləklərinə çatıb-çatmayacaqlarını sınamaq üçün evlərinin açarını götürüb dışarı çıxarlar. Açarı sağ ayaqqabısının altına qoyub, gəlib keçənlərin sözlərini dinləyərlər. Sözlər olumlu olarsa, diləklərinə çatacaqlarına və əksinə inanarlar. Azərbaycanımızın hər yerində plov, toyuq, səbzi, qovurma bişirilir. Ərdəbilin Palıdlısında axşam südlü plov bişirər və şam yeməyindən öncə yeyərlər. Su falı da eynəndir. Türklər "yeddiqab" süfrəsi açar. Buna bayrama 10-15 gün qalmış hazırlaşarlar. Yeni ilin 13-cü gününə evdən şəhər və kəndin kənarına çıxaraq, bayramın sonunu qeyd edirlər. Buna farslar "Sizdəh bedər" adını veriblər. Güney Azərbaycandan olan alimlər bu törənin türkə aid olduğunu sübuta yetiriblər. Həmin gün evdəki Səmənini gəzinti zamanı eşiyə atırlar.
Hər il olduğu kimi bu ilin Axır Çərşənbəsi də Güneydə geniş qeyd olunub. Teran hakimiyyəti İlaxır Çərşənbə törənində qələbəliyin olmaması üçün çeşidli "ehtiyat tədbirləri" görməyə çalışsalar da, insanlar biri-birini açıqcalarla təbrik edib, qonaqlıqlar düzənləyiblər. Hər il olduğu kimi... Təbriklər, bayramlaşmalar türkcədir, bunu ki yasaq edə bilməzlər. Fars şovinistələri uzun illərdir türklərə aid olan milli adət və ənənələri islama zidd elan edərək, milli-mədəni törənləri yasaqlamaqla onları unutdurmağa çalışırlar. Amma riyakar din "alimləri" farslara aid olan mərasimlərin qeyd olunmasını özləri təbliğ edirdi. Bunlardan biri farsların mifik hökmdarı Kiri anma günüdür.
Bayramınızı təbrik edirik! Gələn günlərimiz uğurlu, bərəkətli olsun! Tanrı üstümüzdə olsun!
S.Sədrəddin
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib