SON XƏBƏRLƏR

Suriyada etiraz yürüşlərində ölənlər var

2021.10.20, 07:36
Suriyada etiraz yürüşlərində ölənlər var

Gunaz.tv

GünAz TV: Suriyada da hökumət əleyhinə aksiyalar (yürüşlər) başlayıb. Kütləyə atəş açılıb, 4 nəfər ölüb. Aksiyaçıları dağıtmaq üçün vertolyotlardan (helikopterlərdən) da istifadə edilib.

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, martın 18-də polis ölkənin cənubundakı Deraa şəhərində 4 min nəfərin qatıldığı aksiyanı dağıdıb.

Kütləyə atəş açılıb, 4 nəfər ölüb. Aksiyaçıları dağıtmaq üçün vertolyotlardan da istifadə edilib.

Suriyanın digər iki şəhərində də nisbətən kiçik miqyaslı aksiyalar keçirilib. Aksiyalar cümə namazından sonra başlayıb və hakimiyyətdə olan BƏƏS Partiyası əleyhinə yönəlib. Aksiyaçılar siyasi azadlıq və ölkədə korrupsiya (fəsade mali) ilə mübarizə aparılmasını tələb ediblər.

Suriyada baş verənlərə artıq ABŞ (Amerika Birləşmiş Ştatları) reaksiya (əksuləməl) verib. ABŞ Milli Təhlükəsizlik Şurası Suriya hakimiyyətini insanların ölümünə görə məsuliyyət daşıyanları cəzalandırmağa, o cümlədən dinc aksiyaların keçirilməsinə icazə verməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar