SON XƏBƏRLƏR

Libi hökuməti hücum əməliyyatını dayandırdığını bildirib

2021.10.20, 07:36
Libi hökuməti hücum əməliyyatını dayandırdığını bildirib

Gunaz.tv

GünAz TV: Liviya (Libi) hökuməti Qəddafinin rəqiblərinə qarşı hərbi həmlənin dərhal dayandırıldığını elan edib. 

Ölkənin xarici işlər naziri Musa Küsah deyib ki, atəşkəs, BMT (Birləşmiş Millətlər Təşkilatı) qətnamələrinə uyğun olaraq, mülki şəxsləri qorumaq məqsədi ilə elan edilib.

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Ataşkəs elanı Britaniya hökuməti öz hərbi təyyarələrini Liviyaya zərbələr endirmək üçün bazalara göndərdiyini bildirdikdən bir neçə saat keçmiş edilib.

Amerikanın dövlət katibi Hillari Klinton deyib ki, Liviya lideri dünya birliyinə başqa çıxış yolu qoymayıb.

Bu arada Liviyanın üçüncü ən böyük şəhəri olan Misratadan daxil olan xəbərlərə görə, hökumət qüvvələri şəhəri ağır silahlardan atəşə tutublar.

Bununla belə, həmlənin atəşkəs elan edildikdən sonra da davam edib-etməyəcəyi bəlli deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar