SON XƏBƏRLƏR

“Traxtur-Neft” və “Şəhrdari-Saypa” müsabiqələri bərabər hesabla yekunlaşıb

2021.10.20, 07:36
“Traxtur-Neft” və “Şəhrdari-Saypa” müsabiqələri bərabər hesabla yekunlaşıb

Gunaz.tv

GünAz TV: Tehranın Təxti stadyomunda (stadion) Təbrizin “Traxtur” futbol taxımı (timi) ilə “Neft” taxımı arasında keçirilən yarış bu dəqiqələrdə bərabər hesabla sona çatdı.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 27-ci həftəsində keçirilən müsabiqədə, “Traxtur” tərəfində Pimenta 7-ci dəqiqədə qarşı taxımın qapısına bir qol vurdu.

 

16-cı dəqiqədə isə Rosa “Neft” taxımının xeyirinə bir qol vurdu.

 

Bununlada “Traxtur-Neft” müsabiqəsi (1 – 1) hesabı ilə yekunlaşdı.

 

Təbrizin səhənd stadyomunda (stadion) keçirilən “Şəhrdari-Saypa” müsabiqəsidə bərabər hesabla sona çatıb.

 

Belə ki, “Şəhrdari” tərəfindən 62-ci dəqiqədə “Kərimi” və 72-ci dəqiqədə Səid qarşı taxımın qapısına qol vurmağa müvəffəq oldular.

 

Müsabiqənin 52 və 65-cı dəqiqələrində isə Ənsari “Saypa”nın xeyirinə 2 qol vurub.

 

Bununlada “Şəhrdari-Saypa” müsabiqəsi (2 – 2) hesabı ilə yekunlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar