SON XƏBƏRLƏR

Bəhreyndə vəziyyət gərginləşir

2021.10.20, 07:36
Bəhreyndə vəziyyət gərginləşir

Gunaz.tv

GünAz TV: Polisin xəstəxanalarda yatan müxalifətçiləri həbs etməsinə etiraz olaraq ölkənin səhiyyə naziri istefa verib.

Bəhreyndə həftələrdir davam edən mitinqin dağıdılmasından sonra kütləvi həbslər başlayıb.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Xəstəxanalara hücum edən təhlükəsizlik qüvvələri indiyə qədər 7 nəfəri komendant saatını (hökumət nizami) pozaraq mitinq keçirməkdə və iqtidarı devirməkdə suçlayaraq həbs ediblər.

Manama küçələrində isə tanklar növbə çəkir. Eyni zamanda vertolyotlarla (helikopterlərlə) da şəhər nəzarətdə saxlanılır.

Ölkənin şiə kökənli səhiyyə naziri Nizar Baharna xəstəxanalara basqınlara etiraz əlaməti olaraq istefa verib.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) insan haqları üzrə komissarı Navi Pilley isə Bəhreyndə təhlükəsizlik qüvvələrinin xəstəxana və klinikaları dərhal tərk etmələrini tələb edib.

Beynəlxalq Amnistiya Təşkilatı polisin yaralı müxalifətçilərin xəstəxanalara getmələrinə mane olduğunu açıqlayıb.

Daha öncə Körfəz ölkələrinin Bəhreynə hərbi qüvvə göndərməsini qınayan iran isə Manamadakı səfirini geri çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar