SON XƏBƏRLƏR

Əhmədinejad hicabsız qadınla üz-üzə!

2021.10.20, 07:36
Əhmədinejad hicabsız qadınla üz-üzə!

Gunaz.tv

GünAz TV: İran prezidenti Mahmud Əhmədinejad İspaniyanın dövlət televiziyasının qadın müxbiri Ana Postara müsahibə verib.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Tehrandakı prezident sarayında baş tutan reportaj zamanı qadın müxbirin baş örtüyü düşüb. Əhmədnejad isə buna məhəl qoymadan söhbətinə davam edib. Müxbirin bu vəziyyətdə dəqiqələrcə davam edən görüntüləri ölkədəki bəzi mühafizəkarların sərt reaksiyasına (əksuləməl) səbəb olub. Əhmədinejad və köməkçiləri məsələyə müdaxilə etmədikləri üçün tənqid olunublar. Bəzi çevrələr isə müxbirin qəsdən başını açdığını iddia ediblər. İspan müxbir açıqlamasında söhbətə başı qarışdığından bunu hiss etmədiyini bildirib. Sosial şəbəkələrdə isə tərəfdarları onun bu davranışını “qəhrəmanlıq” kimi dəyərləndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar