SON XƏBƏRLƏR

“Çanaqqala Zəfəri”nin 96-cı ildönümüdür

2021.10.20, 07:36
“Çanaqqala Zəfəri”nin 96-cı ildönümüdür

Gunaz.tv

GünAz TV: Martın 18-də (isfəndin 27-də) “Çanaqqala Zəfəri”nin 96-cı ildönümü qeyd edilir. Türkiyənin şanlı zəfər tarixinə çevrilən bu gündə Osmanlı dövləti dünyaya Türk əsgərinin rəşadətini nümayiş etdirib.

Qələbə Türk ordusunun 250 min əsgərinin şəhid olması hesabına əldə edilib. Türkiyə Cumhuriyyətinin quruluşundan sonra parlamentin qərarı ilə  hər il martın 18-də “Çanaqqala Zəfəri” kimi qeyd edilir.

Bu döyüşlərdə 3 mindən  çox Azərbaycanlı əsgər də şəhid olub. Çanaqqala müharibəsi 1915-1916-cı illərdə Osmanlı dövləti ilə müttəfiq Avropa dövlətləri arasında aparılan  dəniz və quru müharibələri kimi tarixə düşüb. Avropa dövlətlərinin əsas məqsədi paytaxt İstanbulu ələ keçirərək boğazın idarəsinə yiyələnmək, Rusiya ilə əməkdaşlıq və hərbi ticarət yolu açmaq olub. İlk hədəf olaraq Çanaqqalaya girə bilən avropalıların hücumları iflasa uğrayıb. Hər iki tərəfin ağır itki verməsinə baxmayaraq, türklər istilaçı qüvvələri geri qova bilib. İTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar