SON XƏBƏRLƏR

Azərbaycanlı fəal İbrahim Dəşti barəsində çıxarılan həbs qərarı təsdiqlənib

2021.10.20, 07:36
Azərbaycanlı fəal İbrahim Dəşti barəsində çıxarılan həbs qərarı təsdiqlənib

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal İbrahim Dəşti barəsində Təbriz İnqilab məhkəməsinin çıxardığı həbs qərarı, vəkil Nağı Mahmudinin etirazından sonra Apelyasiya Məhkəməsi (Dadqahe təcdide nəzər) tərəfindən təsdiqlənib.

 

Dəşti 2010-cu il fevral ayının 10-da (1389-cu il bəhmən ayının 21-i) sistemin əleyhinə təbliğ və ölkənin təhlükəsizliyini pozmaq uğrunda fəaliyyət göstərmək ittihamı ilə mühakimə olunub. o ittihamların birindən bəraət alsada, sistemin əleyhinə təbliğ ittihamına görə 3 ay bir gün həbsə məhkum edilmişdi.

 

Xatırladaq ki, cənab Həsən Ərk də oxşar ittihamlara görə mühakimə olunub və onunda barəsində analoji hökm çıxarılmışdı.

 

Adını çəkdiyimiz hər iki azərbaycanlı fəal, GünAz TV ilə irtibat və müsahibələri səbəbi ilə yaxalanmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar