SON XƏBƏRLƏR

Birləşmiş Millətlər Təşkilatı Qəddafinin qəddini bükəcək

2021.10.20, 07:36
Birləşmiş Millətlər Təşkilatı Qəddafinin qəddini bükəcək

Gunaz.tv

GünAz TV: BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının Liviyada (Libidə) uçuşa qadağan zona (hərim) yaradılmasını nəzərdə tutan qərar layihəsinin səsverməyə çıxarılması gözlənilir.

GünAz TV mətbuat mərkəzinin “Qafqazinfo”-ya istinadən yaydığı məlumata görə, BMT-nin Təhlükəsizlik Şurasında 8 saatdan çox davam edən toplantıda Fransa, İngiltərə və Livan (Lübnan) Liviyada vətəndaşları qorumaq məqsədi ilə uçuşa qadağan zona yaradılmasını nəzərdə tutan qərar layihəsini işləyərək şuraya təqdim ediblər.

Fransanın BMT-dəki daimi nümayəndəsi səfir Cerar Araud layihəni şuraya rəsmən təqdim etdiyini bildirib. O, şura üzvlərinin layihə ilə bağlı dəyişiklik etmək istədiklərini söyləyib. Araud məsələ ilə bağlı yaxın saatlarda yenidən toplantı keçirəcəklərini deyib. ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) BMT-dəki daimi nümayəndəsi səfir Susan Rays isə təqdim olunan qərar layihəsin araşdırdıqlarını və Rusiyanın təqdim etdiyi qərar layihəsi mətnində olan bəzi faktorları bu layihənin mətninə əlavə etmək istədiklərini söyləyib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi səfir Vitali Çurkin isə deyib ki, Rusiyanın elə bugün atəşkəs çağırışı edən qərar layihəsinin təqdim etmək istəsələr də ,şurada yetərli dəstək ala bilməyiblər.

Qeyd edək ki, Rusiya başda olmaqla Çin, Almaniya və Hindistanın layihə ilə bağlı tərəddüdləri davam edir. Belə ki, bu ölkələrin diplomatları uçuşa qadağan olunacaq zonanın kim tərəfindən və necə tətbiq olunacağı barədə sualların cavabsız qaldığını bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar