SON XƏBƏRLƏR

İranda çoxlu HİV-li xəstə var

2021.10.20, 07:36
İranda çoxlu HİV-li xəstə var

Gunaz.tv

GünAz TV: İranda 2010-cu ilin dekabr (December) ayına (İranda il martın 21-də dəyişir) olan statistikaya (amara) əsasən, ölkədə 22 min 250 nəfərdə HİV aşkar edilib.

 

HİV aşkar edilmiş şəxslərin 92 faizi kişi, 8 faizi isə qadındır. Bu barədə “Trend” İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir. Məlumata görə, HİV-li şəxslərdən 2746 nəfərində virus 2010-cu ildə aşkar edilib. Həmin şəxslərdən 4066 nəfər ötən il vəfat edib.

 

Qeyri-rəsmi statistik məlumatlara əsasən, bu xəstəliyə 70-100 min nəfər yoluxub ki, onların böyük hissəsi indiyədək müəyyən edilməyib.

 

HİV İranda bir sıra mental (gələnək) və dini səbəblərə görə gizli saxlanılıb, eləcə də insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından, bu ölkədə HİV-ə yoluxanların sayı kəskin artıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar