SON XƏBƏRLƏR

İranda zindandan qaçmağa cəhd edən məhbuslar öldürülüb

2021.10.20, 07:36
İranda zindandan qaçmağa cəhd edən məhbuslar öldürülüb

Gunaz.tv

GünAz TV: İranın dövlət televiziyasının məlumatına görə, Kərəc şəhərinin Qızıl Hasar həbsxanasından qaçmağa cəhd edən məhbusların 9-u öldürülüb, 33-ü yaralanıb. 

 

GünAz TV mətbuat mərkəzinin VOA-ya istinadən yaydığı məlumata görə, Məhbuslarla keşikçilər arasında qarşıdurma məhbəsdə yanğın törədildikdən sonra baş verib. Məhbuslar arasında heç kim qaçmağa  nail olmayıb.

 

Məlumatda deyilir ki, onların əksəriyyəti narkotik maddə (məvadde moxədder) qacaqmalçılığı ittihamı ilə ölüm hökmü altında olanlardır.

 

Başqa bir xəbərə görə, 10 nəfər ölü və yüzdən artıq yaralı var. və hətta bəzi məhbusların qaçdığıda deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar