SON XƏBƏRLƏR

Professor İskender Öksüz: “Müharibənin Ermənistana xeyir gətirməyəciyi açıq aydındır”

2021.10.20, 07:36
Professor İskender Öksüz: “Müharibənin Ermənistana xeyir gətirməyəciyi açıq aydındır”

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Türkiyənin Qazı Universitetinin professoru, ölkənin məşhur siyasi-tarixi köşə yazalardan olan Dr. İskəndər Öksüzdür.

 

- Ermənistan Dağlıq Qarabağ məsələsində heç bir razılaşmaya yaxın gəlmir. Sizcə, belə olan halda Azərbaycan tərəfi müharibə variantına (seçənəcəyinə) əl ata bilərmi?

 

- Sualınıza hüquqi nöqteyi-nəzərdən cavab vermək asandır. Heç bir dövlətin haqqı çatmır ki, suveren bir dövlətin ərazisini işğal etsin. Xüsusilə, Ermənistanın haqqı çatmır ki, Azərbaycanın torpaqlarını işğal etsin. Bu, torpaqların Ermənistana heç bir aidiyyəti yoxdur. Qarabağ Azərbaycana məxsusdur. Belə olan halda da Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək, torpaqlarını geri qaytarmaq onun hüququ, haqqıdır.  

Təəssüf ki, bu gün beynelxalq hüquq sözdən o tərəfə keçmir və həm də beynelxalq hüquq gücün dəstəklənməsi üçün istifadə edilir. Mənim fikrimcə ən doğru yol, müharibə etmədən də, müharibəni qazanmaq olar. Yenə də burada da əsas amil hərbi gücdür.  Amma, əsgəri gücün yanında da, beynelxalq münasibətlərdə siyasi güc, dəstək qazanmaq vacibdir. Azərbaycan tərəfində bu amilin hər ikisi də varsa, müharibə etməyə ehtiyac qalmaz. Yəni, güclü hazırlaşmaq lazımdır. Yoxsa, Azərbaycan müharibə edib qazansa da, nəticələr fərqli ola bilər.

 

- Savaş başlayacağı təqdirdə Türkiyə hansı mövqeyi çıxış edəcək?

 

- Bu məsələdə Türkiyədə heç bir hökümətin Azərbaycana meydanda tək qoymağa cəsarəti çatmaz. Türkiyə hərb məsələsində də Azərbaycana dəstəkləyəcək. Buna şühbə yoxdur. Maraqlı olan bu dəstəyin hansı formada verilməsi və çatdırılmasıdır. Çünki bir tərəfdən diplomatik notlar var, digər tərəfdən isə Azərbaycan ordusuna əsgəri dəstək vermək.  Amma mən bu iki şeyə yenə də ehtimalla yanaşıram.  Ancaq buna baxmayaraq, bu ehtimal arasında çox şey etmək olar. Əsas odur ki, Türkiyə Azərbaycanın yanındadır və cəmiyyət Azərbaycan məsələsində həssasdır.

 

- Müharibənin təsiri sosial-iqtisadi və siyasi problemlər içərisində boğulan Ermənistana hansı acı nəticələrini göstərəcək?

 

- Müharibənin Ermənistana xeyir gətirməyəciyi  açıq aydındır. İndi Ermənistanın sosial-iqtisadi vəziyyəti ağırdır. Üstəlik, Ermənistanda insanlar səfalət içərisindədirlər. Həm də I Qarabağ savaşı deyil ki, Azərbaycan hərbi baxımından geri qalsın.

Burada vəziyyəti çətinləşdirən başqa mənzərə var: Təəssüflər olsun ki, dünyada türklərin tərəfdarı az, dəstəkləyənləri isə yetərincə deyil. Ermənilərin vəziyyəti isə tam başqadır. Bu gün Ermənistan, qərb dövlətləri soyqırım bağırıb üzərimizə gəlirlər. Buna qarşılıq isə, qətliama məruz qalan müsəlmanların, türklərin səsi eşidilmir, daha doğrusu özünü insanlıq keşiyində durduğunu elan edən qərb tərəfindən onların haqqı qulaq ardına vurulur. Bu qərbin ikilistandartlarının ən acı tərəfidir. Biz hər zaman ayıq olmalı və əsas birliyimizin güclənməsi istiqamətində çalışmalıyıq. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar