SON XƏBƏRLƏR

Təbrizdə İlaxır Çərşənbə: “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” – VIDEO GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizdə İlaxır Çərşənbə: “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” – VIDEO GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İran rejiminin Təhlükəsizlik Qüvvələri İlaxır çərşənbə günü Təbriz əhalisinə mərasim ke imkanı verməyiblər.

 

Onlara uşaq, kişi, qadın, gənc və qocalara hücum edərək onlara qarşı zorakılıq edib və döyüblər. Həmçnin özəl dəstələr ümumi vəsaiti təxrib edib və avtomobillərin şüşələrini qırıblar.

 

Xiyabanlarda çoxlu təcili yardım (ambulans) və yanğınsöndürən maşınları olub,  ancaq onlar xəsarət alanlara yardım etməyiblər.

 

İlaxır çərşənbə günü Təhlükəsizlik Qüvvələri Təbrizi xüsusi nəzarət altında saxlayıb və şəhər əhalisinin üzərində bədəni yoxlamalar aparıblar.

Təbrizin müxtəlif xiyaban və küçələrində o cümlədən Bazar, Kuye vəliəsr, Çaharrah-i Abrəsan kimi məhəllələrində qarşıdurnalar olub.

 

Təbrizdə İlaxır çərşənbədə bu şüarlar səsləndirilib:

 "Öz dilində mədrəsə - Olmalıdır hər kəsə

Azərbaycan var olsun – İstəməyən kor olsun

Gəlin gedək ağlayaq -  Urmu Gölün dolduraq

Qarabağ bizimdir – Bizim qalacaq

Azərbaycan bir olsun – Mərkəzi Təbriz olsun

Təbriz Bakı Ankara – Biz hara farslar hara?!"

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar