SON XƏBƏRLƏR

Azərbaycan avtomat sürət qutulu (dəndə otumatik) avtomobillərin istehsalına başlayır

2021.10.20, 07:36
Azərbaycan avtomat sürət qutulu (dəndə otumatik) avtomobillərin istehsalına başlayır

Gunaz.tv

GünAz TV: Bu il ərzində Naxçıvan Avtomobil Zavodunda (karxanə) (NAZ) 1000-1500 ədəd avtomobil yığılacaq.

Bu barədə APA-ya NAZ-ın satış və marketinq departamentinin rəhbəri Tamerlan Abdullazadə bildirib. Onun sözlərinə görə, 2010-cu ildə zavodda 500 ədəd “Lifan” markalı avtomobil yığılıb: “Bunlar “NAZ-Lifan 320”, “NAZ-Lifan 520”, “NAZ-Lifan 520i” və “NAZ-Lifan 620”-dir. Hazırda zavodda yalnız mexaniki sürət qutusu (dəndə girboks) ilə avtomobillər yığılır. Lakin bu ildən avtomat sürət qutusu (dəndə otumatik) ilə də avtomobil istehsalını nəzərdə tuturuq. Gələn ildən isə ağır yol şəraiti üçün nəzərdə tutulmuş avtomobillərin yığılmasına başlanacaq”.

 

Qeyd edək ki, hazırda Bakı və Naxçıvanda NAZ-ın satış və servis mərkəzləri fəaliyyət göstərir. Yaxın gələcəkdə isə Gəncə, Sumqayıt və Şamaxı şəhərlərində də bu mərkəzlərin açılması planlaşdırılır.

 

NAZ 2010-cu ilin yanvar ayından fəaliyyət göstərir. Hazırda zavodda yığılan avtomobillərin satış qiyməti 8400-12600 manat təşkil edir. 

 

Xatırladaq ki, İbrahim Tatlısəs iki gün əvvəl İstanbulun Şişli rayonunda “Beyaz TV”nin binasında çəkilişdən çıxarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb və baş nahiyəsindən yaralanmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar