SON XƏBƏRLƏR

İbrahim Tatlısəs sağalır

2021.10.20, 07:36
İbrahim Tatlısəs sağalır

Gunaz.tv

GünAz TV: Silahlı hücuma məruz qalmış məşhur türk müğənnisi İbrahim Tatlısəsin həkimləri ciddi rejimli müalicənin üçüncü günündə şad xəbər veriblər.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin “Vatan” qəzeti yazıb.

Həkimlər Tatlısəsin sol nahiyəsinin aparatlardan ayrıldığını, sol qol və ayağını tərpətdiyini deyiblər. Digər sevindirici xəbər isə “İmperator”un danışa bilməsidir: “Sağ və sol qolunu tərpədir. Əlimizi sıxır və danışa bilir. “Necəsən?” deyəndə "yaxşıyam" dedi. Süni tənəffüs aparatından ayrılıb. Həyati təhlükəsi isə 10 faizə endi”, -deyə həkimlər bildirib.

 

Qəzetin yazdığı xəbərə görə, Tatlısəsə güllə atmaqda şübhəli bilinən iki nəfərin də kimliyi müəyyənləşib. Hazırda Türkiyə polisi həmin şəxslərin tutulması üçün geniş miqyaslı əməliyyata başlayıb. Prokurorluq (dadestani) isə hadisə zamanı bütün telefon danışıqlarının mətninin çıxarılması üçün məhkəmədən qərar alıb.

 

Xatırladaq ki, İbrahim Tatlısəs iki gün əvvəl İstanbulun Şişli rayonunda “Beyaz TV”nin binasında çəkilişdən çıxarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb və baş nahiyəsindən yaralanmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar