SON XƏBƏRLƏR

Daha bir ölkə Fələstinin müstəqilliyini tanıdı

2021.10.20, 07:36
Daha bir ölkə Fələstinin müstəqilliyini tanıdı

Gunaz.tv

GünAz TV: Uruqvay Fələstini müstəqil dövlət kimi tanıyan Latın Amerikası ölkələrinin sırasına qoşulub.

Uruqvay Xarici İşlər Nazirliyinin açıqlamasında Fələstinin məhz 1967-ci ildə mövcud olmuş sərhədlər çərçivəsində tanınıb-tanınmadığı açıqlanmır. Bu barədə  Milli.Az xəbər portalının RİA «Novosti»yə istinadən xəbər yayıb.

Xatırladaq ki, son bir neçə ayda Fələstini 1967-ci il sərhədləri çərçivəsində müstəqil dövlət kimi tanıyan Latın Amerikası ölkələrinin sayı xeyli artıb. Bunlar Argentina, Çili, Braziliya, Boliviya, Ekvador, Paraqvay və Surinamdır. Meksika və Nikaraquada isə məsələ müzakirə mərhələsindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar