SON XƏBƏRLƏR

İranda yeni etirazlar: Ölən, yaralanan və tutulanlar var

2021.10.20, 07:36
İranda yeni etirazlar: Ölən, yaralanan və tutulanlar var

Gunaz.tv

GünAz TV: Martın 15-də İranın paytaxtı Tehranda və bir sıra digər iri şəhərlərində keçirilən ilaxır çərşənbə mərasimlərinin bəzisində hökumət qüvvələri ilə vətəndaşlar arasında qarşıdurmalar olub.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  paytaxtda qarşıdurmalar əsasən Tehranın Rudəki, Naziabad, Müniriyyə, Ekbatan yaşayış məntəqələrində, Gişa, Səadətabad, Şuş, Ətabək, Ceyhun və başqa küçələrində yaranıb. “Allahu əkbər”, “Dikatora ölüm”, “Diktator, utanıb həya elə və ölkəmizdən əl çək”, “Mübarək, Bin Əli, sıran çatıb, Seyid Əli” və “Siyasi məhbuslara azadlıq” şüarları səsləndirən bəzi vətəndaşlar hökumət qüvvələrinin atdığı gözyaşardıcı qazı zərərsizləşdirmək üçün 73-dən çox zibil yeşiyini və ölkə rəhbərlərinin şəkillərini yandırıblar.

 

Kirmanşah, İsfahan, Şiraz, Rəşt, Məşhəd, Gürgan şəhərlərində, Xuzistan, Əlbürz və Kürdüstan əyalətlərində də oxşar qarşıdurmalar baş verib.

 

İran Təcili Tibbi Yardım İdarəsinin rəisi Qulamrza Məsumi martın 16-da jurnalistlərə açıqlamasında ilaxır çərşənbə mərasimlərindəki yanğınlarda və partlayışlarda ümumilikdə 3 nəfərin öldüyünü, 1126 nəfərin bədən xəsarəti aldığını, 500 nəfərə yaxın gəncin isə tutulduğunu vurğulayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar