SON XƏBƏRLƏR

Bəhreyn müxalifəti beynəlxalq birliyə müraciət etdi

2021.10.20, 07:36
Bəhreyn müxalifəti beynəlxalq birliyə müraciət etdi

Gunaz.tv

GünAz TV: Əl-Vefaq qrupunun sözçüsü Həsən Mədən beynəlxalq birliyi xalqın təhlükəsizliyini çevik bir şəkildə təmin etməyə çağırıb. 

Liviyaya (Libidə) hərbi müdaxilə məsələsini uzun-uzadı müzakirə edən Qərbdən fərqli olaraq Səudiyyə qoşunları qonşu ölkədə xalq etirazları ilə üzləşən monarx (müstəbid) ailəsinə yardım üçün sərhədi keçiblər. BBC xəbər verir ki, Səudiyyənin müdaxiləsinə Körfəz ölkələri arasında yaradılmış Əməkdaşlıq Şurası icazə verib. Bəhreyndə kral sülaləsinin sünni müsəlman olmasına baxmayaraq əhalinin və etirazçıların əksər hissəsi şiələrdir. Onların aparıcı əl-Vefaq qrupunun sözçüsü Həsən Mədən Səudiyyə qoşunlarının Bəhreynə girdiyi vaxt hökumətlə danışıqlar aparırdı və o, bu müdaxiləni qətiyyətlə pisləyib. O deyib ki, Səudiyyə qoşunları silahsız Bəhreyn xalqı ilə vuruşmaq üçün sərhədi keçib. Bu o deməkdir ki, Bəhreyn xalqı bu elan edilməmiş müharibədə silahlı ordu qarşısında qalıb. O deyib ki, Bəhreyn sərhədini hər hansı əsgərin və tankın pozaraq ölkəyə daxil olması rüsvayçı işğaldır. Bu hərəkət beynəlxalq qanunlara da ziddir. Həsən Mədən beynəlxalq birliyi xalqın təhlükəsizliyini çevik bir şəkildə təmin etməyə çağırıb. Şahidlər deyirlər ki, onlar 150-dək hərbi maşından ibarət karvanın sərhədi keçdiyini görüblər. Səudiyyə qoşunları əsasən Bəhreynin sünni azlıqlar yaşayan hissəsinə yeridilib. Analitiklər (təhlilçilər) bildirirlər ki, Səudiyyə etirazların onun özündə şiələr yaşayan ərazilərə keçməsindən narahatdır. Ağ Ev bildirib ki, Körfəz Əməkdaşlığı Şurası qoşunlarının Bəhreynə girməsini işğal kimi qiymətləndirmir, lakin Körfəz ölkələrini təmkinə çağırır. İran isə Bəhreyn hökumətini ölkəyə xarici qüvvənin müdaxiləsinə yol verməməyə çağırıb. İran hökuməti bildirib ki, ölkə daxilindəki etirazların xarici hərbi qüvvənin əli ilə yatırılması məsələnin həlli yolu deyil. Müxalifər körfəz ölkələrini işğalçılıqda suçlayb.  Həftə içi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar